Avtomobil yollarının bordür daşından və ya bərkidilmiş çiyininin kənarından istehsalat obyektinin bina və qurğularına qədər məsafələr cədvəl 5.2-də göstərilənlərdən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

 

Cədvəl 5.2
Bina və qurğularMəsafə, m
1. Tambur və bitişik tikili daxil olmaqla binanın xarici divarının kənarı:

a) binaya giriş olmadıqda və binanın uzunluğu 20 m-ə qədər olduqda

b) həmçinin, binanın uzunluğu 20 m-dən çox olduqda

c) ikioxlu avtomobil və avtoyükləyicilərin binaya girişi olduqda

d) üçoxlu avtomobillərin binaya girişləri olduqda

e) yalnız elektrokarların binaya girişi olduqda

 

1,5

3

8

12

5

2. Paralel yerləşmiş dəmir yollarının oxları:

– rels izi 1520 mm olduqda

– rels izi 750 mm olduqda

 

3,75

3

3. İstehsat binasının sahəsinin hasarları1,5
4. Estakada və yolötürücülərinin dayaqlarının, tüstü borularının, dorların, sütunların, binanın çıxıntı hissələrinin (pilyastr, kontrfors, xarici pilləkən və s.) kənarlarından 

0,5

5. Maye metal, şlak daşınan, külçə və qəlibli arabacıqlar, doldurulma materiallarının daşınması üçün novlu və qutulu arabacıqlar üçün olan dəmir yolu oxu 

5

Qeyd:

1.    Uzun ölçülü yükləri (şalbanlar, tirlər) daşıyan yedəkçi maşınların hərəkəti üçün yollar layihələndirilərkən bu cədvəldə göstərilən məsafələr döngələrdə və kəsişmələrdə avtomobil yollarının layihələndirilməsi tələbləri nəzərə alınmaqla yükün çıxıntısının ölçüsünə müvafiq artırılmalıdır.

2.    Bordür daşından, hərəkət hissənin və ya çiyninin bərkidilmiş zolağının kənarından ağacların gövdəsinə və ya kolluqlara qədər məsafə, onların növündən asılı olaraq və ağacların budanması nəzərə alnmaqla ağac və kolluqların çətirlərinin yolun hərəkət hissəsinin və ya çiyininin üzərindən sallanmaması şərti ilə təyin olunmalıdır.

3.    İkizolaqlı yolda hərəkət zolağının eni 3,75 m-dən az olduqda və bordür daşı və ya yol çiyininin bərkidilmiş zolağı olmadıqda, yolun oxundan məsafə 4,25 m-dən az olmamalıdır. Avtomobilin eni 2,5-dən çox olduqda həmin məsafə müvafiq olaraq artırılmalıdır.

4.    Qoşqulu avtomobillərin sexə gedişində sexin divarından yola qədər məsafə hesablama ilə müəyyən olunmalıdır.

5.    Bu cədvəlin 1-ci bəndinin c) – e) sadalananlarında göstərilən məsafələrin, yenidənqurma zamanı yol hərəkətinin təhlükəsizliyi təmin olunmaqla 3 m-ə qədər azaldılmasına yol verilir.