Misli Premyer Liqasında komanda sayı artırılacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.