Obyektin ərazisində, sifarişçinin layihə tapşırığı ilə bina və qurğuların (bina və qurğuların müəyyən edilmiş qabaritləri hüdudlarında) yerləşdirilməsi üçün nəzərdə tutulan ehtiyat sahələr tikinti sahəsinə daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Tikinti sahəsinə bina və qurğuların ətrafındakı selsəkilərin, səkilərin, avtomobil və dəmir yollarının, dəmir yol stansiyalarının, müvəqqəti bina və qurğuların, açıq idman meydançalarının, istirahət üçün meydançaların, yaşıllıqların (ağacların, kolların, güllük və otluqların), işçilərə mənsub avtonəqliyyat vasitələrinin açıq dayanacaqlarının, açıq su kənarlaşdırıcı və digər qanovların, istinad divarlarının, yeraltı bina və qurğuların, hansıların ki, üstündə bina və qurğuların yerləşdirilməsi mümkündür, tutduğu sahələr daxil edilmir.