Yarımqapalı həyət üç tərəfdən bir-birilə bitişik binalardan ibarət və planda dərinliyinin eninə nisbəti vahiddən böyük olan hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Həyətin planda dərinliyinin eninə nisbəti 3-dən çox olduqda, həyətdə zərərli istehsalat tullantılarının toplanma mümkünlüyündə, binanın həyətyanı sahəni əhatə edən hissəsində küləklənmə üçün eni 4 m-dən və hündürlüyü 4,5-dən az olmayan boşluq nəzərdə tutulmalıdır. Boşluğun aşağı hissəsi bitişik ərazinin planlaşdırma səviyyələrinə uyğun olmalıdır. Boşluqda, onun funksional təyinatını poza bilən darvazaların, mühafizə və digər qurğuların yerləşdirilməsinə yol verilmir.