Tərkibində kömür, şist, arsen, qurğuşun, civə və digər yanar və toksiki maddələr olan tullantı yerləri (qalaqları) “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun yaşayış və ictimai bina və qurğularından sanitar-mühafizə zonası ilə ayrılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Müəssisələrin, istehsalat obyektlərinin sanitar-mühafizə zonalarının ölçüləri SN 245-in tələbləri nəzərə alınmaqla müəyyən edilir. İstehsalat ərazisinin layihələndirilməsi üzrə tələblər AzDTN 2.6-1*-ə müvafiq yerinə yetirilməlidir.