Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.

Heftelik.az-ın məlumatına görə,  yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. Bir nəfər hadisə yerində, ağır yaralanan Armen Sarkisyan xəstəxanada ölüb. Partlayış nəticəsində 4 nəfər isə yaralanıb.