Müqavilə əsasında Türkiyə təmsilçisi “Qalatasaray”a məxsus olan Nikolo Zaniolonun yeni klubu müəyyənləşib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər İtaliyanın “Fiorentina” kollektivində çıxış edəcək.

Florensiyalıları futbolçunu icarəyə götürdüyü üçün 3,2 milyon avro ödəyəcək.

Qeyd edək ki, cari mövsümün əvvəli icarə əsasında “Atalanta”nın şərəfini qoruyan N.Zanilo 23 oyunda 3 qol vurub.