Ən yaxın yeraltı mühəndis kommunikasiyalarından bina və qurğulara qədər üfüqi xətt üzrə məsafələr cədvəl 6.1-də göstərilənlərdən az olmayaraq qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Qonşu yeraltı mühəndis kommunikasiyalar paralel yerləşdirildikdə onların arasındakı üfüqi xətt üzrə məsafələr cədvəl 6.2-də göstərilənlərdən az olmayaraq qəbul olunmalıdır. Elektrik kabelləri yerləşdirildikdə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələbləri nəzərə alınmalıdır. Qaz kəmərləri yerləşdirildikdə AzDTN 2.13-1-in tələbləri nəzərə alınmalıdır.