Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.