Sənaye parklarının və ərazi sənaye klasterlərinin nəqliyyat infrastrukturunu formalaşdıran nəqliyyat əlaqələri sistemində nələrin fərqləndirilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sənaye parklarının və ərazi sənaye klasterlərinin nəqliyyat infrastrukturunu formalaşdıran nəqliyyat əlaqələri sistemində aşağıdakılar fərqləndirilməlidir:
– yaşayış məntəqələri və digər funksional zonalar ilə nəqliyyat əlaqələri;
– sənaye parklarının və ərazi sənaye klasterlərinin daxilində yerləşən ayrıca obyektlər arasında daxili nəqliyyat əlaqələri.