Təhlükəsizlik tədbirləri ilə yanaşı material və ya məhsulun quru buz ilə təmasda olmasının qarşısı alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
Belə ki, bu məhsulun donması kimi keyfiyyətinə mənfi təsir göstərəcək hallar ilə nəticələnə bilər. Daşınma zamanı temperatur, rütubət, havalandırma kimi ətraf mühit parametrlərinin monitorinqi həyata keçirilməlidir. Monitorinq nəticələri baxış üçün əlçatan olmalıdır.