Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları var:
– yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi;
– yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi;
– sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində iştirakı;
– yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.