Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.
Yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi və dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət olunması yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aiddir.