Yerüstü KOMMUNİKASİYALAR

03 Fevral 2025, 01:13

Yerüstü yerləşmədə kommunikasiyanın mexaniki zədələnmələrdən və əlverişsiz atmosfer təsirindən mühafizəsi nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yerüstü kommunikasiyalar meydançanın (ərazinin) planlaşdırma səviyyəsindən aşağıda, açıq novlarda qoyulmuş şpallarda yerləşdirilməlidir. Yerüstü yerləşmənin digər növlərinə (ərazinin səthində yerləşdirilən kanallarda və tunellərdə və ya qismən yeraltı kanal və tunellərdə, açıq xəndəklərdə çəkilməsinə və s.) yol verilir.