Texnoloji dəmir yolları, boru kəmərləri və digər kommunikasiyalar istisna olunmaqla, istehsalat obyektlərinin torpaq sahələri dəmir yolları və yaşayış məntəqələrinin ümumi istifadə olunan avtomobil yolları ilə bölünməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsal obyektləri AzDTN 2.3-1-in tələbləri nəzərə alınmaqla yerləşdirilməlidir. Atmosfer havasının vəziyyətinə zərərli təsir edən obyektlər yerləşdirildikdə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunların tələbləri təmin olunmalıdır.