Ayrıca bina və qurğuları bloklaşdırıldıqda TNvəQ 2.09.04 və DTN 3.02-01-in tələbləri rəhbər götürülməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

 

 Cədvəl 7.1
Yerləşgənin kateqoriyasıYerləşgədə yerləşən (havada dövr edən) maddələrin və materialların xüsusiyyətləri
A

Yüksək partlayış-yanğın təhlükəli

Yanar qazlar, partlayış təhlükəli buxar-qaz hava qarışıqları yarada biləcək miqdarda olan və alışma temperaturu 28°C-dən çox olmayan tezalışan mayelər (alovlanmaları zamanı yerləşgədə partlayışın hesablama təzyiqi 5 kPa-dan artıq olan), həmçinin yerləşgədə hesablama təzyiqi 5 kPa-dan artıq gücdə partlayış yaradacaq miqdarda olan və su, havadakı oksigen və ya bir-biri ilə təmasda olduqda partlaya və yana bilən maddələr və materiallar
B

partlayış-yanğın təhlükəli

Alışdıqları zaman yerləşgədə hesablama təzyiqi 5 kPa-dan artıq gücdə partlayış yaradacaq miqdarda partlayış təhlükəli toz-hava və ya buxar-hava qarışıqları əmələ gətirə bilən yanar tozlar və ya liflər, alışma temperaturu 28°C-dən çox olan tezalışan mayelər və yanar mayelər
C1 ÷ C4

yanğın təhlükəli

Yanar və çətin yanan mayelər, yanar və çətin yanan bərk maddələr və materiallar (toz və liflər daxil olmaqla), həmçinin su, havadakı oksigen və ya bir-biri ilə təmasda olduqda yalnız yana bilən (partlamayan) maddələr və materiallar (bir şərtlə ki, onların yerləşdiyi və ya havasında dövr etdiyi yerləşgələr A və ya B kateqoriyasına aid deyil)
D

orta yanğın təhlükəli

Emalı istilik şüalanması, qığılcım və alov yaranması (ayrılması) ilə müşayiət olunan qaynar, közərmiş və ya ərimiş vəziyyətdə olan yanmayan maddələr və materiallar, həmçinin yanacaq kimi yandırılan və ya utilizasiya olunan yanar qazlar, mayelər və bərk maddələr
E

aşağı yanğın təhlükəli

Yanmayan soyuq halda olan maddələr və materiallar