Bina və qurğuların tutduğu sahələr onların xarici divarlarının xarici konturu üzrə yerin planlaşdırma səviyyəsində hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Qalereya və estakadaların tutduğu sahələr hesablanarkən tikinti sahəsinə onların o sahələrinin üfüqi müstəviyə proyeksiyaları daxil edilir ki, həmin sahələrin altında qabaritlər üzrə digər bina və qurğular yerləşdirmək mümkün olmasın, qalan sahələrdə qalereya və estakadaların yalnız bünövrə dayaqlarının yerin planlaşdırma səviyyəsində tutduğu sahələr daxil edilir.