Dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərclərinin planlaşdırılması və icrası, dövlət yanğın nəzarətinin təşkili, yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından və yanğın nəzarəti qurumları əməkdaşlarının sayının müəyyənləşdirilməsi və yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının müəyyənləşdirilməsi yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.