Bütün tərəflərindən qapalı həyətləri təşkil edən binaların tətbiqinə hansı şərtlər təmin olunduqda yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bütün tərəflərindən qapalı həyətləri təşkil edən binaların tətbiqinə yalnız texnoloji və ya planlaşdırma əsaslandırmaları olduqda və aşağıdakı şərtlər təmin olunduqda yol verilir:
- a) həyətin eni, həyəti təşkil edən binaların karnizinin yuxarısına qədər ən böyük hündürlüyündən, lakin 18 m-dən az olmamalıdır;
- b) zərərli maddələrin toplanması mümkün olan hallarda binalarda eni 4 m-dən və hündürlüyü 4,5 m-dən az olmayan boşluqların qurulması ilə həyətin ikitərəfli küləklənməsi təmin olunmalıdır.