Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarına əməl olunmasına nəzarət fövqəladə hallar orqanının daxili təhlükəsizliyi və daxili nəzarəti həyata keçirən struktur bölməsi tərəfindən həyata keçirilir, habelə, fövqəladə hallar orqanlarında azı 5 (beş) il rəhbər vəzifələrdə xidmət (qulluq) keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxs bu Qaydaların tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil (etik davranış üzrə müvəkkil) təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

İşçilərin xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır.