Gəncədə mikroavtobus və minik avtomobilinin güclü toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Həftəlik.az “APA TV”-yə istinadən xəbər verir ki, hadisə şəhərin Cavad xan adlı ərazisində baş verib.

Qəza zamanı 1992-ci il təvəllüdlü Jalə Zeynalova, 1973-cü il təvəllüdlü Məhbubə Abbasova, 1964-cü il təvəllüdlü Zöhrə Orucova “Zülfüqar Məmmədov” adına şəhər xəstəxanasına yerləşdirilib. Həkim Adil İbrahimovun bildirdiyinə görə, xəstələrə ümumi baxış olunub və ilkin yardım göstərilib.

Onların vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.

VAZ 21 06 markalı avtomobildə olan 2 sərnişin, Vüqar Bayramov və Səməd Məmmədcəfərov isə “Abbas Səhhət” adına şəhər xəstəxanasına yerəşdirilib. Sərnişinlərdən Vüqar Bayramovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəld olunub və faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Türkan_zadə