İstehsalat obyektlərinə giriş zonası işçilərin əsas nəqliyyat və piyada hərəkəti istiqaməti tərəfdə yerləşdirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Sənaye parkı və ərazi sənaye klasterinin obyektləri yerləşdirilən funksional-planlaşdırma zonaların tərkibi hər bir konkret halda, xidmət obyektlərinin mövcudluğundan, ayrı-ayrı müəssisələrin istehsal texnoloji və sanitariya-gigiyena xüsusiyyətlərindən, ümumi memarlıq-planlaşdırma həllərindən asılı olaraq müəyyən olunmalıdır.