Kömür və şist mədənlərinin tullantı yerləri (qalaqları) ilə istehsalat və ya anbar binaları arasında məsafələr tullantı yerlərinin sürüşmə yerdəyişməsinin təhlükəli zona parametrlərindən az olmamalı və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyektlərində əlilliyi olan şəxslərin əməyi nəzərdə tutulan hallarda “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması üzrə Müvəqqəti Təlimat”-ın, “Məişətdə, nəqliyyatda və ictimai yerlərdə əlillər üçün münasib həyat və fəaliyyət şəraitinin yaradılması məqsədilə əlillərin reabilitasiyası üzrə texniki vasitələrdən və memarlıq-planlaşdırma həllərindən istifadə olunması üzrə Metodiki göstərişlər”in tələbləri və layihələndirmə mərhələsində “İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nın tələbləri təmin olunmalıdır.