Yanar qazları, toksiki maddələri, turşu və qələviləri nəql edən boru kəmərlərinin, həmçinin məişət kanalizasiya boru kəmərlərinin açıq xəndəklərdə və novlarda yerləşməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstismar müddətində dövrü əlçatanlıq tələb edən yeraltı kommunikasiyalar yeləşdirilən xəndək və kanallar üçün ayrılmış zolaqların hüdudlarında yerüstü kommunikasiyaların yerləşdirilməsinə yol verilmir.