Yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək, öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək və yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək yanğın təhlükəsizliyi sahəsində vətəndaşların vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.