Tunellərin, körpülərin, yolötürücülərin, estakadaların, viadukların, qalereyaların və s. inşaat konstruksiyaları bordür daşından və ya su kənarlaşdıran qurğuların (küvetlərin, novların) xarici kənarından 0,5 m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Zərurət olduqda perspektivdə yolun hərəkət hissəsinin genişləndirilməsi nəzərə alınmalıdır. adalanan qurğuların inşaat konstruksiyalarının aşağısının avtomobil yollarının hərəkət hissəsinin üzərindən yuxarıya hündürlüyü 5 m-dən az olmayaraq qəbul olunmalıdır.