Binanın birinci mərtəbəsinin döşəməsinin səviyyəsi, binaya bitişik sahənin planlaşdırma səviyyəsindən 15 sm-dən az olmayaraq yuxarı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Zirzəmi döşəməsinin və ya digər dərinlikli yerləşgələrin səviyyəsi qrunt sularının səviyyəsindən 0,5 m-dən yuxarı olmalıdır. Bu yerləşgələrin döşəmələrinin səviyyəsi göstərilən qrunt sularının səviyyəsindən aşağı olduqda yerləşgənin hidroizolyasiyası və ya qrunt sularının səviyyəsinin aşağı salınması nəzərdə tutulmalıdır. Bu halda istehsalat obyektlərinin istismarı zamanı qrunt sularının səviyyəsinin qalxma mümkünlüyü nəzərdə tutulmalıdır.