Mingəçevirdə dərsdə halı pisləşən şagird ölüb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 15 yaşlı Yusif Yusifovun bu gün orta məktəbdə dərs zamanı qəfil halı pisləşib.

O, xəstəxanaya aparılarkən təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.

Qeyd edək ki, məlumata görə, Y. Yusifov təxminən 1 ay əvvəl ürəyindən əməliyyat olunub. Onun uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.