Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mir-Qasımov 85 yaşında vəfat edib.
Heftelik.az-ın məlumatına görə, mərhum alimin qardaşı Xalq artisti Oktay Mir-Qasımın APA-ya verdiyi məlumata görə, R. Mir-Qasımov Amerikada yaşadığı evdə dünyasını dəyişib.
Oqtay Mir-Qasımın sözlərinə görə, bir müddət əvvəl qardaşının ürəyində və ağciyərində problemlərlər yaranıb.
Qeyd edək ki, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.