İstehsalat obyektlərinin daxili avtomobil yollarında nəqliyyat vasitələrinin növünün və daşınan yüklərin qabaritlərinin əsaslandırılması olduqda hündürlük üzrə qabaritinin 4,25 m qəbul olunmasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

İstehsalat binalarına dəmir yollarının çəkilişində relslərin başlıq səviyyələri döşəmənin səviyyəsi ilə eyni yüksəklikdə olmaqla dalanvari nəzərdə tutulmalıdır.