Rayonlarda yeni ildən sonra bazardakı qiymətlər hər kəsə maraqlıdır. Hansı məhsullarda artım, hansılarda endirimli qiymətlər mövcuddur?
Həftəlik.az “Xəzər Xəbərə”-ə istinadən məlumat verir ki, Şəki və Şirvan bazarlarında aparılan sorğu və araşdırma nəticəsində məlum olub ki, bir neçə kənd təsərrüfatı mallarının qiymətlərində dəyişirliklər var. Məsələn, Şəki bazarında lobyanın 1 kq 5-8 manat, almanın 1 kq 1-5 manat, şabalıdın 1 kq isə 11-12 manat arası dəyişir. Bu isə keçən ilki qiymətlərə nisbətən bahalaşmanı göstərir. Hətta göyərtilərin qiymətlərində 100%, bəzi növlərində isə 150% artım hiss olunur. Məsələn əgər əvvəl göyərtinin 1 dəstəsini 0.20 manata almaq olurdusa hazırda bu dəstənin qiyməti 0.40-0.50 manat arası dəyişir.
Lakin bununla belə elə kənd təsərrüfatı malları da var ki, onların qiymətlərində əksinə, azalmalar özünü göstərir. Belə ki, əgər yeni il ərəfəsində hind quşları və eləcə də digər ev quşlarının 1 kq 13-16 manat arası satılırdısa, hazırda bu qiymətlər 10-13 manat arası dəyişir.
Sorğu zamanı sakinlərin fikirləri müxtəlif oldu. Kimi üçün hazırkı qiymətlər baha, kimi üçün isə normal idi. Onlar həmçinin bildiriblər ki, bazar qiymətləri supermarketlərə nisbətən daha münasibdir.
Şirvan bazarında da kənd təsərrüfatı mallarının qiymətlərində bəzilərində artım, bəzilərində isə azalmalar müşahidə olunur. Belə ki, ən çox tələb olunan kartofun 1 kq 0.80-1.5 manat, soğanın 1 kq 0.80-1 manat, Quba almasının 1 kq 0.70-1.5 manat, pomidorun 1 kq isə 2-2.5 manat arası dəyişir. Yerli xiyarın qiymətində isə artım var və 3-3.5 manat arası satılır.
Müəllif: Türkan_zadə