Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini təmin edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşları xidmət vəzifələrinin icrası zamanı həlak olma (ölmə), yaxud xidmət vəzifələrinin icrası ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alma, xəstələnmə nəticəsində vəfat etmələri hallarından müvafiq olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər.