Səkilər olmadıqda binalar boyunca suyun kənarlaşdırılması zərurəti yaranarsa, bina boyunca selsəkilərin yaxınlığında novlar quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Obyektlərin ərazisinin abadlaşdırılması “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na, AzDTN 2.6-1*-ə, TNvəQ III-10-a və abadlaşdırma üzrə digər normativ sənədlərə uyğun olaraq yerinə yetirilməlidir.