Yer səthindən yuxarı çəkilən kommunikasiyalar dayaqlarda, estakadalarda, qalereyalarda və ya bina və qurğuların divarlarında yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Kabel estakada və qalereyalarının elektrik hava xətləri, zavoddaxili dəmir və avtomobil yolları, kanat yolları, rabitə və radio hava xətləri və boru kəmərləri ilə kəsişməsi 30º-dən az olmayan bucaq altında yerinə yetirilməlidir.