Dövlət ehtiyacları üçün, o cümlədən müdafiə  sifarişi üzrə yanğınsöndürmə texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq edilməsi, dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin statistika uçotu sistemlərinin yaradılması, mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının müəyyənləşdirilməsi, yanğından və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili və yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqləndirmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.