Heyvanların yaşama və çoxalma şəraitlərinə təsiri olan obyektlər yerləşdirildikdə “Heyvanlar aləmi haqqında” qanunun tələbləri təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Atmosfer havasını çirkləndirən, həmçinin yüksək yanğın təhlükəsi olan istehsalat obyektləri yerləşdirilərkən yaşayış zonasına nəzərən hakim küləklərin istiqaməti nəzərə alınmalıdır. Xüsusilə atmosfer havasının təmizliyini tələb edən istehsal obyektləri, o cümlədən sənaye parklarında, sənaye klasterlərində yerləşdirilən obyektlər, atmosfer havasının çirkləndirmə mənbəyi olan qonşu müəssisələr tərəfdən külək döyən istiqamətdə yerləşdirilməməlidir.