Kərim Ağa Xan vəfat etdi

05 Fevral 2025, 08:50

İsmaililərin ruhani lideri Şahzadə IV Kərim Ağa Xan 88 yaşında Lissabonda vəfat edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə İsmaili İmamət Divanının rəsmi açıqlamasında bildirilir.

IV Ağa Xan 1957-ci ildən, 20 yaşından ismaili icmasına rəhbərlik edir.

Ənənəyə görə, yeni imam sələfi tərəfindən vəsiyyətlə təyin olunur.

IV Kərim Ağa Xanın vəsiyyətinin oxunmasından sonra yeni imamın adının yaxın günlərdə açıqlanması gözlənilir.