ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi proqramları Tramp Aministrasiyasının kəskin etirazına səbəb olub.
Heftelik.az-ınməlumatına görə, BŞ Prezidentinin mətbuat katibi Karoline Leavit USAID-in Serbiyada irqi və digər müxtəliflik üçün 1,5 milyon dollar, Kolumbiyada “transgender operasının” quruluşuna 47 000 dollar, Peruda transgender komikslərinin buraxılması üçün 32 000 ABŞ dollar məbləğində vəsait ayırdığını açıqlayıb.
“Sizi bilmirəm, amma bir vergi ödəyicisi kimi mən pullarımın bu cür boş şeylərə xərclənməsini istəmirəm. Mən bilirəm ki, Amerika xalqı da bunu istəmir. Federal hökumətdə saxtakarlığın, israfçılığın, səlahiyyətdən sui-istifadənin kökünü kəsmək üçün prezident Tramp İlon Maska bu işlərlə məşğul olmağı tapşırıb “, – deyə Karoline Leavit bildirib.