Qapalı və ya yarımqapalı həyətlərdə binalara əlavə tikililərin, həmçinin ayrıca dayanan bina və qurğuların yerləşdirilməsinə yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Müstəsna hallarda, müvafiq əsaslandırmalar olduqda göstərilən həyətlərdə ətrafa zərərli tullantılar ayırmayan istehsal xarakterli əlavə tikililərin qurulmasına, əlavə tikilinin divarın uzunluğunun 25%-dən çox hissəsini tutmaması, onun yerləşdiyi yerdə həyətin eninin həyəti təşkil edən qarşı-qarşıya dayanan binaların hündürlüklərinin cəminin yarısından az olmaması, həmçinin yanğın əleyhinə tələb olunan məsafələrin təmin olunması şərti ilə yol verilir.