Sənaye müəssisələrinin baş planları layihələndirilərkən, ətraf mühitin ekoloji tarazlığının mühafizəsi məqsədi ilə ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanılması və təbabətdən istifadənin səmərəli təşkili “Ətraf mühitin mühafizəsi haqqında” qanun nəzərə alınmaqla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.