Yanğın-partlayış, yanğın təhlükəli və inzibati-məişət yerləşgələrinin birləşdirilməsi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və DTN 2.02-01-in tələbləri nəzərə alınmaqla aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Güclü təsirli zəhərli maddələr saxlanılan anbarlardan sənaye müəssisələrinin, kənd təsərrüfatı müəssisələrinin, istixana kombinat və təsərrüfat, quşçuluq fabriki, süd zavodlarının və digər yeyinti sənaye müəssisələrinin istehsalat binalarına qədər minimal yol verilən məsafələr riskin təhlilinə müvafiq TNvəQ 2.01.28-in və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələblərilə müəyyən olunmalıdır.