Yardımlıda intihar hadisəsi olub.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Zevin kəndində baş verib.
15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.