AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, “Vətən” – “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb.

Bu zaman “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

Həmin anın videosunu təqdim edirik: