Boru, buxar və qaz kəmərlərində, eləcə də odluqların tüstü sorucu qurğularında, üfürücü ventilyatorlarda və yanacaq qidalandırıcılarda işlərin görülməsi üçün uyğun hissələri ayıran siyirtmələr və qapaqlar bağlanmalıdır, siyirtmələrdə və qapaqlarda “İŞƏ SALMAQ OLMAZ! ADAMLAR İŞLƏYİR!” lövhələri asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazanxananın qaz kəmərinin binanın xaricində əlçatan yerdə ventili (kran) olmalıdır.