Residivləşən Kvinke ödemləri və (və ya) xroniki övrə ilə xəstələnmiş “Xəstəliklər cədvəli”nin I və II qrafalarına görə şəhadətləndirilənlər barəsində qərar köpüşüklərin (urtikariyaların) 2 aydan az olmayaraq fasiləsiz residivləşməsi və stasionar müalicənin uğursuzluğu hallarında “b” bəndi üzrə çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

“c” bəndinə zədələnmə ocaqlarının lokalizasiyasından, sayından və ölçülərindən asılı olmayaraq, sklerodermiyanın piləkli forması aiddir. “c” bəndində göstərilən dəri xəstəliklərinin məhdud formaları dedikdə, müxtəlif lokalizasiyalı tək-tək zədələnmə ocaqları, o cümlədən müxtəlif anatomik nahiyələrdə xəstənin ovcu boyda sahəni tutan zədələnmə ocaqları başa düşülür.