İnvestisiya şirkəti əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə müştəriyə xarici valyuta mübadiləsi xidmətini göstərə bilər.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Valyuta mübadilə əməliyyatının aparılması zamanı tətbiq olunan məzənnə investisiya şirkəti tərəfindən müstəqil olaraq təyin edilir. Xarici valyuta mübadiləsi xidməti göstərildiyi zaman müştəri investisiya şirkəti tərəfindən təqdim edilən mübadilə məzənnəsi barədə məlumatlandırılır. Əməliyyat günü ərzində məzənnələr investisiya şirkətinin qərarı ilə dəyişə bilər. Valyuta məzənnəsinə edilən hər bir dəyişiklik tarix və vaxt daxil olmaqla investisiya şirkətinin daxili reyestrində qeyd olunur və müştəriyə bildirilir.
