İnvestisiya SİYASƏTİ

06 Fevral 2025, 01:02

İnvestisiya şirkəti müqavilədə göstərilmiş investisiya siyasətinə uyğun olaraq və portfel ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alqı-satqısı, dəyişdirilməsi və digər əqdlər bağlayır.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti portfelin idarə edilməsi zamanı aktivlərin bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən yuxarı qiymətə satın alınmasına və ya portfeldə olan aktivlərin onların bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən aşağı qiymətə satılmasına, həmçinin özünün və ya üçüncü tərəflərin maraqlarının təmin edilməsi məqsədi ilə aktivlərin satın alınmasına və ya satılmasına yol verməməlidir.