İradə Musayeva vəfat etdi

06 Fevral 2025, 15:46

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva dünyasını dəyişib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə onun yaxınları Kulis.az-a məlumat verib.

Qeyd edək ki, İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. Xeyli sayda monoqrafiya, elmi məqalələrin və tədris metodik vəsaitlərin, proqramların müəllifidir.