Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
AMB-dən Heftelik.az-a verilən məlumata görə, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.
Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.
Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Tərlan Rəsulov Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin, Anar Mansurov isə Maliyyə idarəetməsi departamentinin rəhbəri olub.
Qeyd edək ki, Anar Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.