Müştərinin investisiya şirkətində olan pul vəsaitlərinin uçotu hər bir müştəri üzrə ayrılıqda aparılmalıdır.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müştərinin investisiya şirkətində olan pul vəsaitlərinin uçotu hər bir müştəri üzrə ayrılıqda aparılmalı və aşağıdakıları əks etdirməlidir:

– pul əməliyyatlarının tarixi;

– əqdlər və əməliyyatlar üzrə ödənişləri təsdiq edən sənədin nömrəsi və tarixi;

– pul vəsaitlərinin mədaxilinin məbləği, mənbəyi və təyinatı;

– pul vəsaitlərinin məxaricinin məbləği və təyinatı;

– müştərinin pul vəsaitlərinin qalığı;

– investisiya şirkətinin müştəridən tutduğu xidmət haqqının məbləği.